İrlandiya Milad seçkilərini Baş Nazirin müavini olmadan keçirməli olacaq


Davam etməkdə olan müxbir qalmaqalı ilə əlaqdar olaraq mövqeyi xeyli zəifləyən Tanaiste Frances Fitzgerald bu gün istefa verib. Hazırki müxbir qalmaqalı ilə əlaqdar olaraq rəqib partiyanın Tanaiste Frances Fitzgeraldın istefasını tələb etməsindən sonra , onun İrlandiya parlamentindəki mövqeyi xeyli zəifləmişdi. Fitzgerald 2015-ci ildə sonrakı Polis Müvəkkili Hüquqi dəstəsi ilə polisin qanun pozuntularını araşdıran Mauike Makkabe arasında baş verən toqquşmadan xəbərsiz olduğunu iddia etməkdə günahlandırılır.

İstefa xanım Fitzgeralda qarşı parlamentdə keçirilməsi planlaşdırılan etimadsızlıq səsverməsindən bir neçə saat əvvəl baş tutub.

Ekspertlərin fikrincə, Fitzgeraldın istefası hökumət parçalanması təhlükəsini sovuşduracaq və erkən seçkilərin keçirilməsi ilə nəticələnəcək. Eyni zamanda bu hadisə davam etməkdə olan Birləşmiş Krallıqla Breksit danışıqları prosesini daha da mürəkkəbləşdirəcək.

Müxalif pariyanın sözçüsü RTE radiosuna müsahibəsi zamanı bildirib ki, “Fianna Fail“ lideri Maykl Martin bu məsələnin həlli və ümumi seçkilərin keçirilməsinin qarşısını almaq üçün çox çalışıb və belə görünür ki, artıq müsbət nəticə əldə edilmək üzrədir.

Britaniya və Şimali İrlandiyanın qırmızı xətlər mövzusunda razılığa gələ bilməməsi sıbəbi ilə iki ölkə arasında Brexit danışıqlarını kəskin vəziyyətə çatdırıb. Dublin bildirir ki, Şimali İrlandiya iləyaxşı mühafizə edilmiş sərhədlərlə bağlı hər hansı təminat olmadığı tədqirdə istənilən Birləşmiş Krallıq-Avripa Birliyi müqaviləsinə veto qoyacaq və London da öz növbəsində bqeyd edir ki, İrlandiya Birləşmiş Krallıq olmadan Vahid Bazar, Gömrük İttifaqı və hər hansı xüsusi müqavilədə təmsil edilə bilməz.

Mənbə:Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 117 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 28-11-2017, 18:27

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM