Cənubi Koreya hərbi təlimləri təxirə sala bilər » OTV - İnternet Televiziyası

Cənubi Koreya hərbi təlimləri təxirə sala bilər


Seuldakı Mavi Sarayın sözcüsünün sözlərinə görə,Cənubi Koreya və ABŞ-ın birgə həyata keçirdiyi hərbi təlimlərin 2018-ci il Qış Olimpiya Oyunlarının sonuna qədər təxirə salınması Şimali Koreyanın davranışından asılıdır.

OTV xəbər verir ki, mümkün təxirəsalınma 2018-ci ilin fevralındaCənubi Koreyanın PyeonqÇanq şəhərində Qış Olimpiya Oyunlarının təşkil edilməsi ilə bağlıdır. Baharda təşkil ediləcək hərbi təlimlərin təxirə salınması planlaşıdırılsa da. bu birgə əməliyyatların birdəfəlik sona çatması demək deyil.

Bu qərar martın18-i –Paralimpiya Oyunlarının sona çatmasına qədər qüvvədə olacaq. Son zamanlarda Şimali Koreyanın qanunsuz şəkildə həyata keçirdiyi nüvə siyasəti iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Bəzi mütəxəsislər düşünürlər ki, əgər Şimali Koreya Oyunlar zamanı hər hansı təxribat həyata keçirməzsə, bu təxirəsalma ölkələr arasında gələcək münasibətlərdə müsbət inkişafa yol aça bilər.

Mənbə: Anadolu Agency
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 201 | Kateqoriya: Gündəm / Siyasət / Hərbi Tarix: 20.12.2017, 03:44

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM