Suriyalı körpə üçün sosial mediada kompaniya başladılıb


Artileriya hücumu zamanı anası qətlə yetirilən və özü də ciddi şəkildə yaralanan Suriyalı körpənin fotosu Tvitter və digər sosial media platformalarında böyük səs-küyə səbəb olub.

OTV-nin xəbərinə əsasən, şərqi Qhoutanın Damaskus qəsəbəsinə edilən hücum zamanı Kərim adlı 3 aylıq körpə sol gözünü itirib və kəllə sümükləri də ciddi şəkildə yaralanıb.

Körpənin yaralarını qızılgüllə bəzədilmiş şəkildə təsvir edən Suriya qaçqın rəssamı Fares Yaseminin bu fotonu internetdə yaymasından sonra, şəkil bütün dünyadan minlərlə insanın diqqətini çəkib.İnsanlar artıq bu körpəni 2011-ci ildən başlayan Suriya vətəndaş müharibəsinin simvolu adlandırırlar.

Suriya vətəndaş müharibəsi və oradakı körpələrə dəstək məqdəsi ilə internetdə kompaniya başladan istifadəçilər, Kərimin forosu ilə birgə əlləri sol gözünü örtmüş şəkildə öz fotolarını da paylaşırlar.

Məlumat üçün bildirək ki, Birləşmiş Krallıq əsaslı Suriya İnsan Hüquqları Müşahidəçilərinin yoxlamalarına əsasən Suriyada davam etməkdə olan müharibə səbəbindən 500.000-dən artıq insan yaralanıb.

Mənbə: Əlcəzirə
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 126 | Kateqoriya: Gündəm / Dünya Tarix: 20.12.2017, 03:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM