Bitcoin hədiyyəli Hindistan toyu


Hindistanda toya hazırlaşan Praşant Şarma və Niti Şree cütlüyü maraqlı addım atıb. OTV-nin xəbərinə görə, Hindistanın cənubundakı Banqalore şəhərində yaşayan və rəqəmsal start-up şirkətinin qurucuları olan cütlük toylarında iştirak edən qonaqlarıdan onlara hədiyyə kimi Bitcoin bağışlamağı xahiş ediblər. Bəy və gəlinin bu təşəbbüsü texnologiya sahəsində çalışan yaxın dostları və əksər qohumları tərəfindən çox müsbət qarşılanıb. Maraqlısı budur ki, toy mərasiminin keçirilməsindən-9 dekabrdan 4 gün əvvəl Hindistan hökuməti insanları Bitcoin almamaqla bağlı xəbərdar etmişdi. Hökumət bu qərarını Bitcoinin etibarlı valyuta olmaması və qiymətlərin sürətlə dəyişməsi ilə izah edib. Bütün bu xəbərdarlıqlara baxmayaraq cütlük toyda bəxşış kimi xeyli Bitcoin toplamağa müvəffəq olub. Toyda iştirak edən qonaqların bir çoxu bildirib ki, bəy və gəlin Bitcoini aylar öncədən, qiymətlərin sürətlə dəyişməsində öncə düşünüblər. Praşant Şarma və Niti Şree öz növbələrində bildiriblər ki. Bitcoinin gələcək taleyi onları heç də narahat etmir və onlar sadəcə texnologiyanın gələcəkdə hansı istiqamətdə irəliləyəcəyini görmək istəyirlər.

Cütlük onu da qeyd edib ki, toydan əldə edilən Bitcoinləri tez bir zamanda satacaq və əldə edilən gəlirləri imkansız uşaqların təhsilinə xərcləyəcəklər.

Məlumat üçün onu da bildirək ki, Bitcoin rəqəmsaldır və alternativ valyuta növü hesab edilir. Son günlər bu rəqəmsal valyutanın qiymətli sürətlə qalxmağa başlayıb və bu səbəbdən də sərmayəçilərin əksəriyyəti öz pulunu Bitcoinə yatırır. Hökumətlərin əksəriyyəti isə bu qiymət artımının təbii olmadığını bildirir və insanları Bitcoin almamağa səsləyir.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 328 | Kateqoriya: Gündəm / İqtisadiyyat / İKT Tarix: 20.12.2017, 01:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM