ABŞ kiber hücumlarda Şimali Koreyanı günahlandırır


ABŞ bu ilin əvvəllərində ölkənin xəstəxana, biznes idarələri və banklarına xeyli miqdarda zərər verən “WannaCry” kiber hücumlarında birbaşa Şimali Koreyanı təqsirli bilir.

OTV-nin xəbərinə görə, 150-dən çox ölkəni və 300000 komputeri əhatə edən bu hücumlar milyonlarla dollar zərərə yol açıb. ABŞ Prezidenti Donald Trampın köməkçisi Tomas Bossert “Wall Street Jurnalı“na verdiyi müsahibə zamanı bildirib ki, bu hücum Şimali Koreya tərəfindən həyata keçirilib. O hər hansı bir dəlili göstərməsə də bu məlumatın uzun müddət araşdırılıb və etibarlı mənbələr tərəfindən təsdiqləndiyini bildirib.

Bu ilin mayında Windows komputerlərinin ekranı kilitlənmiş və istifadəçilərdən ekranların açılması üçün pul məbləğı tələb edilmişdir.

Şimali Koreyanın kiber hücumlarının nəticəsi olaraq İngiltərə Səhiyyə Sistemi və rusiyanın poçt xidmətlərində günlərlə davam edən problemlər ortaya çıxmışdır.

Məlumat üçün bildirək ki, bu Şimali koreya tərəfindən həyata keçirilən ilk kiber hücumlar deyil. Belə ki, 2014-cü ildə ABŞ iddia etmişdi ki, ölkə “Sony Pictures”ə qarşı olan kiber hücumlarda da təqsirlidir. Onlar bildirirdilər ki. Şimali Koreyanın bu hücumu etməkdə məqsədi bu şirkət tərəfindənistehsal edilən və ölkə başçısı Kim Yonq-ununqətlə yetirən qəhramın yer aldığı filmi boykotetmək idi.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 314 | Kateqoriya: Gündəm / Siyasət / Hərbi / İKT Tarix: 19.12.2017, 05:09

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM