Kreml ABŞ-ın yeni təhlükəsizlik strategiyasını “İmperialist“ adlandırıb


Kremlin çərşənbə axşamı yaydığı bəyənatda bildirilir ki, onlar ABŞ-ın yeni təhlükəsizlik strategiyasını imperialist hesab etsələr də, onun bəzi müsbət tərəfləri də diqqətə layiqdir.

OTV-ə əsasən, Rusiyanın TASS xəbər agentliyinə müsahibə verən Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, strategiyaya ümumi nəzər yetirildiyi zaman orada imperialist meylləri açıq şəkildə sezmək olar. Lakin Trampın çıxışı zamanı ABŞ- və Rusiyanın ortaq maraqları çərçivəsində əməkdaşlığa hazır olması fikri Ruisiyada müsbət qarşılanıb. Onlar bunu bir neçə gün öncə terrorizmə qarşı əməkdaşlıqdan sonra digər mübət bir meyl olduğunu hesab edirlər.

Məlumat üçün bildirək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp ölkənin yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. Burada ABŞ-ın hər sahədəki liderliyini ön plana çəkən ölkə başçısı ABŞ-ın əsas rəqibləri kimi Çin və Rusiyanın adını xüsusilə qeyd edib.

Mənbə: Anadolu Agency 
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 38 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 19.12.2017, 03:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM