Miss İraq paylaşdığı selfiyə görə ölkəni tərk etməli olub


İraqı Miss Kainat gözəllik yarışmasında təmsil edən iştirakçı instaqram səhifəsində paylaşdığı bir şəkil səbəbindən ailəsi ilə birgə ölkəni tərk etmək məcburiyyətində qalıb.

OTV-nin xəbərinə görə, Miss İraq titulunun hazırki sahibi paylaşdığı fotoyla bağlı aldığı təhdidlərə görə ailəsi ilə birgə ölkəni tərk edərək ABŞ-a yollanıb. Hadisə İraqlı gözəlin İsrailli həmkarı ilə çəkdirdiyi selfini instaqram səhifəsində “Mİss İraq və Miss İsraildən sülh və sevgi” başlığı ilə paylaşmasından sonra yaşanıb. Ölkədə kəskin təziqlərə məruz qalan model bu fotonu öz səhifəsindən silməyə razı olmasa da, ailəsi ilə ABŞ-a sığınıb. Bəziləri modelə qarşı olan bu addımı kəskin şəkildə qınasalar da, digər sosial media istifadəçilərinin fikrinə görə isə, model baş verənləri bir qədər də şişirdərək ABŞ-dan sığınacaq almaq niyyətində olub.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 225 | Kateqoriya: Gündəm Tarix: 18.12.2017, 13:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM