Britaniya Xarici İşlər Nazirindən gözlənilməz addım


Yaponiyanın müəyyən regionlarında istehsal olunan məhsulların radiasiya ilə çirklənməsi barədə şübhələrə son qoymaq üçün Britaniyanın Xarici İşlər naziri Boris Conson maraqlı addım atıb. OTV-nin xəbərinə görə o, ölkənin radiasiya ilə ən çox çirklənmiş Fukusima ərazisində hazırlanan şaftalı şirəsini içib. Conson bu addımı Yaponiyalı həmkarı Taro Kono ilə görüş zamanı atıb. Bununla da nazir bu ərazidə istehsal olunan məhsulların tam təhlükəsiz olduğunu əyani şəkildə göstərməyə çalışıb.

Məlumat üçün bildirək ki, 2011-ci ildə Yaponiyada baş verən dəhşətli zəlzələ səbəbindən Fukusima Daaiçi nüvə zavodunda sızma baş vermiş və nəticədə böyük bir ərazi radiasiya şüalarına məruz qalmışdır. Bu faciə 1986-cı ildə baş vermiş Çernobıl faciəsindən sonra dünyada ikinci ən dəhşətli nüvə faciəsi hesab edilir.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 230 | Kateqoriya: Gündəm / Siyasət / Sosial / Dünya Tarix: 15.12.2017, 04:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM