Rusiyada prezident seçkilərinin tarixi açıqlanıb


Rusiyanın dövlət nəzarətində olan xəbər agentliyi Tass-ın cümə günkü açıqlamasında bildirilib ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

OTV bildirir ki, qərar Rusiya parlamentininyuxarı palatası Federasiya Şurası tərəfindən qəbuledilib. Seçkilər zamanı qalibiyyətə əsas namizəd kimi göstərilən Prezident Vladimir Putinçərşənbə axşamı təşkil edilən ilin yekunları ilə bağlı mətbuat konfransında öz namizədliyini açıqlayıb. Prezident bildirib ki, o 4-cü prezidentlik yarışına müstəqil namizəd kimi qatılıb ki, müxtəlif siyasi düşüncəyə sahib tərəfdarlarının səslərini qazansın. Putinin sözlərinə görə , o ölkədə rəqabətcil və tarazlaşdırılmış siyasi sistem yaratmaq niyyətində olsa da, rəqiblər yaratmaq onun işi deyil.

Rusiyada nəyə görə güclü siyasi rəqiblərin olmaması ilə bağlı sualları cavablandırarkən Putin bildirib ki, buna səbəb hazırki rəqiblərin əksəriyyətinin ölkəyə fayda verəcək planlar hazırlamaq əvəzinə, yalnız “səs-küy salmaq” la məşğul olmasıdır.

Mənbə: CNN
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 207 | Kateqoriya: Gündəm / Siyasət / Dünya Tarix: 18.12.2017, 13:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM