Rusiya öz qoşunlarını Suriyadan çıxarmağa başladığını elan edib


Rusiyanın Müdafiə Naziri Sergey Şoiqu bazar ertəsi verdiyi açıqlamalar zamanı Rusiyanın öz qoşunlarını Suriyadan çəkməyə başladığını elan edib. OTV-nin məlumatına görə, Prezident Vladimir Putin bu əmri bazar ertəsi Suriyaya etdiyi səfər zaman verib. Rusiyanın dəstəyi nəticəsində Suriyada davam edən vətəndaş müharibəsində üstünlük Bəşər əl-Əsədin rəhbərlik etdiyi hökümətin tərəfinə keçib.

Cənab Putin keçən il də buna oxşar əmr versə də, Rusiya hərbi qüvvələri öz hərbi əməliyyatlarını bölgədə hələ dədavam etdirməkdədir.

Müdafiə Nazirinin sözlərinə görə, orduları çıxartmaq işinin nə qədər vaxt alacağı Suriyadakı vəziyyətdən asılıdır.

Bəzi şərhçilərin fikrinə əsasən, Putinin bu əmri öz növbəti prezidentlik namizədliyini açıqlamasından bir həftə sonra verməsi səsvermə zamanı özünə dəstəkçi toplamaq niyyətindən irəli gəlir.

Məlumat üçün bildirək ki, Rusiya Bəşər Əsəd hakimiyyətinə dəstək olaraq 2015-ci ilin Sentyabrından Suriyada hərbi əməliyyatlara bu ölkədə yaratdığı 2 hərbi baza Hmeimim və Tartus ilə başlayıb.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 251 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 12.12.2017, 17:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM