Ömrünün 40 ilini Şimali Koreya həbsxanasında keçirən amerikalı əsgər vəfat etdi


Şimali Koreyaya qaçan və 40 il Pxenyanda məhbus həyatı yaşayan keçmiş ABŞ çavuşu vəfat edib. OTV-nin məlumatına görə, Çarls Cenkins 2004-cü ildə azadlığa buraxılıb və ailəsi ilə birgə Yaponiyada yaşayıb. O 1960-cı illərdə Şimali Koreyaya qaçan və daha sonra dusdaq edilən 4 ABŞ əsgərindən biridir. Rəsmi məlumatlara görə digər 3 əsgər elə dusdaq olarkən vəfat edib.

1965-ci ildə Silahsızlaşdırılmış bölgədə xidmət edən ABŞ əsgəri cənab Cenkins müharibədə öldürülmək və ya daha sonra Vyetnam müharibəsinə göndərilməkdən qorxduğu üçün qaçış planına əl atır. O inanırdıki, Şimali Koreyaya qaçdığı zaman Rusiya tərəfindən sığınacaq qazanacaq və daha sonra hərbi mükəlləfiyyətlərdən azad olmuş şəkildə ABŞ-dakı həbsxanaya göndəriləcək. Amma baş verənlər onun planlarına heç də uyğun gəlmədi.

Heç kimə vermədiyi kimi ona da sığınacaq verməyən Rusiyanın qərarından sonra Cenkinson düz 40 il Şimali Koreyada məhbus həyatı yaşamağa başlayıb.

Orada tərcüməçi və gələcək lider Kim ll-Sanqın İngilis dili müəllimi kimi çalışan Cenkinsondigər yapon məhbus Hitomi Soqa ilə ailə qurub.

Ceffery Cenkinson məhbus həyatı 2004-cü ildə başa çatıb. Yapon hökümətinin apardığı danışıqlar nəticəsində 2002-ci ildə xanım Soqa, 2004-cü ildə isə Cenkinson və 2 qızı azad edilərək Yaponiyaya göndərilib. Ömrünün qalan hissəsini burada keçirən Cenkinson verdiyi müsahibələrində əsirlikdəki çətin günlərindən, üzərində aparılan ağlasığmaz təcrübələrdən eləcə də,ABŞ-a qarşı çəkilən propoqanda filmlərində rol almasından söz açıb. O bildirirdi ki, azadlığa çıxdıqdan sonra belə hər zaman öldürülmə təhlükəsi ilə yaşayıb.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 222 | Kateqoriya: Gündəm Tarix: 12.12.2017, 15:04

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM