Prezident İlham Əliyev və ailə üzvləri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümumilli lideri Heydər Əliyevin vəfatından 14 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümumilli lider Heydər Əliyevi ziyarət ediblər.

OTV-nin məluamtına görə, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əkil qoyub.

Daha sonra Azərbaycanın dövlət himni səslənib. Dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və prosefessor Tamerlan Əliyevin də xatirələri hörmətlə anılaraq, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, ziyarətdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, republika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 210 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 12.12.2017, 10:22

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM