Soyuq havalarda daha az üşümək üçün qidalanmada nələrə üstünlük verməliyik


Soyuq qış günləri artıq başlamışdır. OTV olaraq soyuq qış aylarında bədən istiliyimizi necə qorumalıyıq deyə araşdırdıq və dietoloq və qida uzmanlarının fikirlərini sizinlə bölüşmək qərarına gəldik.
Onların böyük əksəriyyətinin fikirlərinə əsasən, ilk əvvəl düzgün qidalanmalı və səhər mütləq yemək yeyilməlidir.
Bəs, bədən istiliyi necə qorunmalıdır və qidalanmada nələrə üstünlük verilməlidir?
Qış aylarında yaxşı olar ki, yağlı və karbohidratlı qidalar yerinə proteinlə zəngin olar qidalara üstünlük verilsin. Yumurta, süd, yoqurt, balıq, banan, brokkoli, makaron, ispanaq kimi proteinlə zəngin olar qidalar əsasən yeyilməlidir.
Üşümənin səbəblərindən biri də qan azlığıdır və bunu aradan qaldırmaq üçünsə bəhməz və bala səhər yeməyində üstünlük versəz daha yaxşı olar. Bəhməzi səhərlər ac qarına (böyüklər 1.5-2 xörək qaşığı; kiçiklər isə 1.5-2 çay qaşığı) tükətmək məsləhət görülür. Bal isə öz növbəsində bədənin ehtiyacı olan enerji, kalori və şəkəri təmin edərək qışda daha az üşümənizə kömək edəcəkdir. 1 xörək qaşığı bal bədəninizi lazım olan enerji və şəkərlə təmin edəcəkdir.
Bundan əlavə gün ərzində bir ovuc badam, üzüm qurusu və qoz-fındıq yeyerək də soyuqdan qoruna bilərsiniz.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 244 | Kateqoriya: Gündəm / Tibb Tarix: 09.12.2017, 10:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM