Deputat "Qarabağ"ın oyununa bilet almaq üçün 4 saata yaxın növbədə durdu

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 17:43    
Deputat OTV Day.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərindən belə bəlli olur ki, o, bilet satışının təşkilindən narazı qalıb: "Bileti "ASAN Xidmət"in Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdim. Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bunu daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular".

Bununla belə, A.Mirzəzadə hesab edir ki, satıcı qıza xüsusi təşəkkür düşür: "O, çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi".

Qeyd edək ki, Ağdamın "Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçirəcək. Həmin gün Qurban Qurbanovun yetirmələri "Roma" ilə qarşılaşacaqlar.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz