Ərdoğandan ABŞ-a xəbərdarlıq


Türkiyə Prezidentinin Qüdslə bağlı fikirləri son günlərdəMüsəlman liderlərininVaşinqtona etdiyi çağırışlardan sonuncusudur.

OTV xəbər verir ki, son günlərdə ABŞ Prezidenti Donald Trampın İsraillə bağlı qərar vermək üzrə olduğu xəbərinin yayılması Müsəlman liderləri arasında mübahisələrə səbəb olub.

ABŞ-lı həmkarına səslənən Ərdoğan bildirib ki, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ya ölkə səfirliyini buraya köçürəcəyi tədqirdə, Ankara İslam Əməkdaşlıq Təşkilatını toplayacaq və İsrail ilə olan diplomatikəlaqələr kəsiləcək.

Günün əvvəlində Fələstin və Səudiyyə Ərəbistanının ABŞ-dakı nümayəndələri də Prezident Trampın verəcəyi qərarın hansı mənfi nəticələrə yol açacağı barədə ABŞ administrasıyasını xəbərdar ediblər.

Məlumat üçün bildirək ki, İsrail və Fələstin arasında baş verən müharibə zamanı Qüdsün bir hissəsi İsrail tərəfindən işğal edilib və 1980-ci ildə ölkənin paytaxtı elan edilib. Lakin indiyə qədər ABŞ da daxil olmaqla heç bir dövlət Qüdsü rəsmi paytaxt kimi tanımayıb.

Son günlərdə isə, ABŞ Prezidenti Donald Tampın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ABŞ səfirliyini Tələvivdən buraya köçürəcəyi ilə bağlı fikirlər səslənməkdədir.

Mənbə: Sputnik
Tərcümə: Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 30 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 6-12-2017, 13:05

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM