Sarı rəng Kataloniyada qadağan edilib


Sarı rəng qəflətən Katoloniyada mübahisəli rəngə çevrilib. OTV-nin xəbərinə əsasən, buna səbəb İspaniyada qiyama cəhd zamanı həbs edilən siyasi məhbusları dəstəkləyən insanların nümayişlər zamanı sarı rəngli lent və əşyalardan istifadə etməsidir. Qısa müddət ərzində Kataloniya küçə və meydanlarına ayaq açan bu ənənə hökümətin qadağı isə qarşılaşıb. Onlar paltarlarda,Milad dekorasiyalarında və hətta küçə fontanlarında belə sarı rəngi qadağan ediblər. Bu isə yerli əhali tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, insanların əksəriyyəti düşünürlər ki, həmin siyasətçilər həbs edilsə də, onlar həqiqi məhbus deyil, İspanıyadan ayrılmağa cəhd edən separatçılardır. Ölkənin hazırki vəziyyəti insanlarda narahatlıq doğurur. Əhalinin əksəriyyəti Miladqabağı seçkilərin nəticələrinin daha böyük fəsadlara yol açacağını güman edir.

Bundan başqa bildirək ki, hökumətin separatçıları unutdurmaq istəyi heç də uğurlu alınmayıb. Belə ki, sarı rəngin qadağan edilməsindən sonra insanların bu rəngə marağı daha da artıb və sarı rəng sanki daha da “parlaqlaşıb”. İndi insanlar çalışırlar ki, geydikləri paltarlar və daşıdığı əşyalarda daha çox sarı rəngdən istifadə etsinlər və küçə və meydanları sarı lenlərlə bəzəsinlər.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 25 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 6-12-2017, 13:07

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM