Avropa Birliyi rəsmisinin Pxenyan səfəri


Çərşənbə axşamı Birləşmiş Millətlər siyasi işlər rəhbərinin 4 günlük Pxenyan səfəri başlayır. OTV-nin məlumatına görə, Ceffrey Fetmanın bu səfəri altı il ərzində Birləşmiş Millətlər rəsmisi tərəfindən qapalı ölkəyə edilmiş ilk səfərdir. Bu ilin sentyabrında “siyasi dialoq” yaratmaq məqsədi ilə Şimali Koreya Avropa Birliyinə dəvət göndərmişdi. Birləşmiş Millətlərdəki ən yüksək statuslu Amerikalı olan Feltman cümə gününə qədər Pxenyanda olacaq. AB sözcüsünün məlumatına görə, bir sıra yüksək vəzifəli Şimali Koreya siyasətçisi eləcə də, ölkənin Xarici İşlər Naziri Ri Yonq-ho ilə görüşəcək Fetmanın qarşılıqlı maraq və narahatlıqları əhatə edən məsələri müzakirə edəcəyi gözlənilir. AB rəsmisinin ölkə Prezidenti Kim Yonq-un ilə hər hansı görüşü nəzərdə tutulmayıb.

Tərəflər arasında hər hansı diplomatik əlaqənin olmadığı bir zamanda AB ümid edir ki, bu səfər danışıqların yaradılması üçün əla fürsətdir.

Pxenyana getməmişdən əvvəl Pekinə səfər edən Feltman orada bir sıra çinli siyasətçi ilə görüşüb və keçən ay Pxenyana səfər edən Çin nümayəndəsinin apardığı danışıqlar haqqında məlumat toplayıb. Belə bir zamanda, Şimali Koreyanın tarixi müttəfiqi olan Çinin mövqeyindən xəbərdar olmaq AB üçün çox mühim əhəmiyyət kəsb edir.

Şimali Koreya böhranında vasitəçilik etmək istəyən Avropa Birliyinin bu səfərdən böyük gözləntiləri var.

Məlumat üçün bildirək ki, keçən həftə Şimali Koreyanın raket sınaqları həyata keçirməsindən sonra ABŞ və Şimali Koreya münasibətləri daha da kəskinləşmiş və buna cavab olaraq ABŞ və Cənubi Koreya Koreya yarımadasında geniş miqyaslı hərbi təlimlərə başlamışdır.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 28 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 6-12-2017, 13:05

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM