İspaniya separatçılarına hökm oxundu


İspaniya Ali Məhkəməsinin qərarına əsasən iflasa uğramış Katalon separatçı hökumətinin altı əsas üzvü azadlığa buraxılsa da , digər iki nüfuzlu siyasətiçi həbsdə qalacaq. OTV-nin verdiyi məlumata görə, Azadlığa buraxılan altı şəxsin hər biri 100.000 dollar həcmində zamin haqqı ödəməlidir.Keçən ay həbs edilən separatçılar qiyama təşəbbüsdə ittiham edilirdilər. Həbs edilənlər arasındakataloniyanın eks-Prezidenti Karles Puiqdemont Belçikaya qaçmağa müvəffəq olsa da, digərləri Madrid məhkəməsində mühakimə ediliblər.

Hökm 21 Dekabrda keçiriləcək Kataloniya bölgə seçkiləri üçün kompaniyanın başlanmasından bir gün öncə qanuni qüvvəyə minib.

Madrid məhkəməsindəki hakimin qərarına əsasən cənab Puiqdemontun müavini Oriol Yunqueras , Kataloniyanın eks-Daxili İşlər Naziri Yoaquim Forn, eləcə də əsas separatçı liderlər Yordi Sançez və Yordi Cuixart həbsdə saxlanılacaq.

Xatırladaq ki, səkkiz siyasətçinin hər biri Oktyabr ayında Kataloniyanın qeyri-qanuni müstəqilliyini elan etməsindən sonra üsyan və qiyama təşəbbüsdə günahlandırılaraq həbs ediliblər.

Bundan başqa, cənab Puiqdemont və digər dörd keçmiş nazir Brüsseldə hakim qarşısına çıxarılıb. Hazırda İspaniya hökuməti çalışır ki, həmin şəxslər də ölkəyə ekstradisiya edilsin. Belə olacağı tədqirdə , onların məhkəmə prosesi gələn həftə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, dövlətə qarşı üsyan İspaniyada ən ağır cinayətlərdən hesab olunur və cəzası 30 ilə qədər həbs müddəti ola bilər.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 28 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 4-12-2017, 21:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM