Koreya yarımadasında ABŞ-Cənubi Koreya “Müharibə oyunları “


Bazar ertəsi paytaxt Seulun cənubunda yüzlərlə əsgər və təyyarənin cəlb edildiyi ABŞ və Cənubi Koreyanın geniş miqyaslı hərbi əməliyyatları start götürüb. OTV xəbər verir ki, keçən həftə Şimali Koreyanın təhlükəli raket sınaqlarından sonra, hər iki ölkə ənənəvi təlimlərə xüsusi diqqət ayırıb.

5 gün davam edəcək “müharibə oyunları”na 6 F-22 Yırtıcısı, 6 F-35 gizli əsgər reaktiv təyyarəsi və təxminən 12.000 ABŞ hərbi heyyəti cəlb edilib. İlk dəfədir ki, eyni anda bu qədər çox Yırtıcı təyyarə Cənubi Koreyadakı təlimlərə qoşulub.Məlumatlarda bildirilir ki, həyata keçirilən bu təlimlər Şimali Koreyaya qarşıyarı-məşq, yarı-nümayış xarakteri daşıyır. Ekspertlər bildirilər ki, hər il keçirilən bu təlimlər Şimali Koreyada qəzəb hiss oyadır və “işğal üçün məşq” hesab edilir. Bu təlimlərdən öncə bəyanat verən Şimali Koreya Xarici İşlər Naziri bildirmişdi ki, ABŞ Koreya yarımadasında çox təhlükəli nüvə oyunu oynamaqla müharibə üçün bir növ Şimali Koreyaya yalvarır. Cənubi Koreya hökumətinin sözlərinə görə, bu təlimlər istənilən hava şəraitində və günün istənilən yarısında ABŞ və Cənubi Koreya hava qüvvələrinin hansı hazırlıqda olduğunu sınaqdan keçirmək üçün təşkil edilir.

Məlumat üçün bildirək ki, hər zaman gündəmdə olan Şimali Koreyanın nüvə siyasəti bu aydan etibarən hər iki ölkə liderinin bir-birinə göndərdiyi ultimatumlar və xüsusilə də bir həftə öncə Şimali Koreya tərəfindən həyata keçirilən təhlükəli raket sınağı səbəbi ilə daha da kəskinləşib.

Bu məsləyə münasibət bildirən ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi HR Makmasterin sözlərinə görə, ABŞ Prezidenti Donald Trump heç də geri çəkilmək niyyətində deyil, onlar qanlı diktatura rejiminin dünyanı belə təhlükəli silahlarla təhdit etməsinə icazə verməyəcəklər.

Mənbə: Əlcəzirə
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 156 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 04.12.2017, 15:36

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM