ABŞ "Birləşmiş Millətlər Qlobal Miqrasiya Razılaşması"nı tərk edir


ABŞ Prezidenti Donald Tampın Administrasiyası bildirib ki, ölkə beynəlxalq miqrasiya və qaçqın məslələrinin həll üçün yaradılmış beynəlxalq paktdan geri çəkilir. OTV bildirir ki, BM Baş Assableyası tərəfindən yekdilliklə qəbul edilən Qaçqınlar və Miqrantlar üzrə Nyu-York Bəyannaməsi keçən il qəbul edildikdən bəri ABŞ onun üzvü olub.

Bu bəyannamənin məqsədi qaçqın və məcburi köçkünlərin problemlərini göz önünə gətirərəkonlara yardım etmək və bu insanlara qarşı olan dini və irqi ayrıseçkiliklərlə mübarizə aparmaqdır. Lakin, keçən bazar günü öz çıxışı zamanı ABŞ-ın Birləşmiş Millətlərdəki səfiri Nikki Haley bildirib ki, qəbul edilən qətnamə ABŞ-ın suverinlik prinsiplərinə uyğun deyil və buna görə də onlar bu bəyannaməsni tərk edib öz miqrasiya planlarını yaradacaqlar.

Onun sözlərinə görə, bu bəyannaməyə üzv olan ölkələrin heç biri miqrasiya və qaçqın məsələlərində ABŞ qədər iş görməyib və onların bu sahədəki fəaliyyəti danılmazdır.Amma onların ən böyük istəyi kiminsə diktəsi ilə hərəkət etmək yox, ölkə sərhədlərinə kimin daxil olacağını məhz amerikalıların özlərinin təyin etməsidir.

ABŞ-ın bu qərarı dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Bu məsləyə münasibət bildirən Birləşmiş Millətlər BaşAssambleyası Prezidentinin sözcüsü öz bəyanatında bildirib ki, hər zaman qaçqın və miqrantlara qucaq açmış ABŞ-ın bu qərarı onları çox məyus edib.Miqrasiya siyasətində çox böyük təcrübəsi olan ABŞ bu məslənin inkişafına çox böyük fayda verə bilərdi.

Məlumat üçün bildirək ki, Prezident Tramp ofisi təhvil aldığı gündən etibarən öz miqrasiya siyasəti ilə bağlı insan hüquqları müdafiəçilərinin sərt tənqidlərinə məruz qalıb. Belə ki, Prezident yanvar ayında suriyalı miqrantların ölkəyə buraxılmaması ilə bağlı fərman vermişdi. Oktyabr ayında bu qadağa sona çatsa da, Ağ Evelan etmişdi ki, bu qərar 11 yüksək riskli ölkə üçün müvəqqəti də olsa davam etdiriləcək.

Sonda onu da bildirək ki, qaçqın və miqrasiya razılaşması bu il ərzində ABŞ-ın geri çəkildiyi 4-cü beynəlxalq razılaşmadır. Bu ilin avqustunda Tramp bildirmişdi ki, ölkə Paris İqlim Razılaşmasından imtina edir. Bundan başqa ölkə Trans-Pasifik Əməkdaşlığını və YUNESKO-nu da tərk etmişdi.

Mənbə: Əlcəzirə
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 294 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 04.12.2017, 02:44

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM