İordaniyadan ABŞ-a xəbərdarlıq


İordaniya Xarici İşlər Naziri ABŞ-ı xəbərdar edib ki, Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları halda təhlükəli nəticələr qaçınılmaz olacaq. OTVxəbər verir ki, Ayman Safadi ABŞ Dövlət Katibi Reks Tillersona bildirib ki, belə bir qərarın qəbul edilməsi Ərəb və Müsəlman dünyasında qəzəb doğura bilər. Şayiələr dolaşmaqdadır ki, Prezident Donal Tramp səvermə kompaniyasındakı vədini yerinə yetirmək üçün tezliklə Qüdsüpaytaxt kimi tanıyacaq.

Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidentini bu qərardan çəkindirmək üçün dünya liderlərinə çağırış edib. Onun ofisindən verilən məlumata görə, Prezident Fransalı həmkarı Emanul Makron və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana bu məsələ ilə bağlı zəng edib.

Prezidentin sözcüsünün verdiyi məlumata görə onun bu addımı atmaqda məqsədi Qüdsün İsrailin paytaxtı kimi tanınacağı və ya ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tədqirdə hansı təhlükəli hadisələrin baş verəcəyinə diqqət çəkməkdir.

Məlumat üçün bidirək ki, İsrail 1967-ci il Orta Şərq müharibəsi əsnasında qərbi Qüdsü işğal edib. Daha sonra 1980-ci ildə bu ərazini özünə birləşdirən İsrail buranı tam olaraq öz ərazisi hesab edir.

İsrail iddia edir ki, Qüds ölkənin birparçasıdır və onun gələcək paytaxtı olacaq. Eyni zamanda Fələstinin istəyi ondan ibarətdir ki, Şərqi Qüdsü gələcək dövlətin paytaxtı etsin.

1948-ci ildən bəriABŞ administrasiyasında ABŞ-ın mövqeyi yalnız danışıqlar yolu olub. Onların qərarı bu məsələdə heç bir hərbi üsula əl atmamaq olsa da , Donal Trampın Prezident seçilməsi ilə ABŞ-ın bu məsələdə mövqeyi dəyişib.

Belə ki, keçən ilki Prezident seçkiləri kompaniyası zamanı İsrailə böyük dəstək nümayiş etdirən Cənab Tramp vəd etmişdi ki, Prezident səlahiyyətlərinin icrasına başlayacağı ilk gün ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı fərman verəcək.

Bu günə qədər bu qərarın verilməsi təxirə salınsa da , Prezidentin Çərşənbə günki çıxışı qərarın tezliklə qəbul ediləcəyi ilə bağlı şayiələrə yol açıb.

Məsləyə münasibət bildirən prezidentin məsləhətiçi bildirib ki, hələ heç bir dəqiq qərar qəbul edilməyib, hazırda müxtəlif faktları nəzərdən keçirən Prezidentin verəcəyi qərar sonda elan ediləcək.

Mənbə: BBC
Tərümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 316 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 04.12.2017, 15:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM