Ərdoğandan ABŞ sanksiyalarında İrana yardım


Çərşənbə axşamı Nyu Yorkda keçirilən açıq məhkəmə dinləməsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın şəxsən İranın ABŞ və BM tərəfindən tətbiq edilən sankiyalardan yaxa qurtarmasına yardım etməsi ilə bağlı iddialar səsləndirilib.

OTV-nin verdiyi xəbərə görə, ABŞ-ın da yaxından izlədiyi İranın sanksiyaları qarşı pozuntular və milyonlarla dollar əməliyyatları ilə bağlı cinayət işində Ərdoğanın adı ilk dəfə hallandırılıb.

Cinayət işinin mərkəzi obrazı keçən il Mayamıdə həbs edilən İran-Türk qızıl ticarətçisi Rza Zərrabdır. Onunla bərabər digər 8 müttəhim də oxşar hallarda ittiaham edilirlər.

Məhkəmə sənədlərinə əsasən o ABŞ-a qarşı fırıldaqçılıq, çirkli pul və bank fırıldaqçılığı iddialarını qəbul edib.

Çərşənbə axşamı keçirilən dinləmə zamanı Zərrab İranın neft və qaz gəlirlərindən gələn pulların Türkiyənin dövlət bankı Halkbank da daxil olmaq Türkiyə banklarında dövr etdirilməsi prosesində Ərdoğanın şəxsi rolundan danışıb.

Zərrab onu da bildirib ki, Türkiyəyə axan pul Halkbankın idarə edə biləcəyi məbləği aşdıqdan sonra, VakıfBank və Ziraat Bank kimi daha iki nəhəng türk bankı da bu prosesə qoşulub.

Zərrab bildirir ki, o bu məlumatları bu prosesdə iştirak etmək üçün rüşvət verdiyi Türkiyənin keçmiş İqtisadiyyat Naziri Zərəf Çağlayandan alıb. Çağlayan isə 2013-cü ildə başlayan bu iddiları təkzib etmişdi.

Zərrabın iddialarına cavab olaraq isə Ərdoğan bildirib ki, Türkiyə düzgün olanı edib və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarda heç bir pozuntuya yol verməyib.

Mənbə: CNN
Tərcümə: Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 91 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 1-12-2017, 17:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM