BMW Şimali Amerikada çoxlu sayda avtomobili geri çağırır


BMW yanğın riskinə səbəb ola biləcək iki problemin aşkar edildiyinə görə Şimali Amerikada təxminən 1 milyon avtomobili geri çağırmaqla bağlı göstəriş verib.
OTV xəbər verir ki, geri çağırılışın biri 2006-2011-ci il istehsalı olan BMW 3 markasıdır, problem isə oturacaqların həddən artıq qızmasına səbəb olan məftildir. Digər geri çağırılmaya səbəb isə bəzi 2007-2011 istehsalı maşınlarda qurlaşdırılan klapan qızdırma sistemidir. BMW–nin verdiyi məlumata əsasən, istifadəçilər qüsurlu avtomobilin pulunu geri əldə edəcəklər. Firma prosesin dekabrda başa çatacağını bildirdi. Milli Yol Nəqliyyat Təhlükəsizlik İdarəsinin verdiyi məlumata əsasən, hər bir problem təxminən 7000 nəqliyyat vasitəsinə təsir göstərmişdir. Sözü gedən maşınların əksəriyyəti Birləşmiş Ştatlar ərazisində satılmışdır. Firma bu çağırışın Şimali Amerikadan kənarda olan avtomobillərə təsir etməsiylə bağlı dəqiq məlumat açıqlamayıb. BMW 2008-ci ildən bəri əsasən qızdırılma və havalandırma sisteminə tətbiq edilən məftil sistemi üzərində nəzarət proseslərinin aparıldığını bildirdi. Məftillərin həddən artıq qızması elektrik əlaqələndiricilərinin əriməsinə və avtomobildən istifadə edilmədiyi təqdirdə belə yanğın riskinin artmasına səbəb olacaq. 2015- ci ildə belə bir hadisənin baş verməsi bir neçə şəxsin xəsarət almasıyla nəticələnmişdir.Bu sahə üzrə Birləşmiş Ştatlar tənzimləyiciləri ilə görüşdükdən sonra, könüllü geri çağırılma göstərişinin verilməsi qeydə alınmışdır. Geri çağırılan avtomobillər sırasına 530i, X3 və Z43.0 daxildir.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 227 | Kateqoriya: Gündəm / Avto Tarix: 01.12.2017, 17:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM