Disneyin bu dəfəki baş rol seçimi çinli aktrisadır


Son zamanlar aktyor seçiminə görə “bəyazlatma“da günahlandırılan Hollivud yeni çəkiləcək Mulan filmi üçün çinli aktrisa Liu Yifeini seçib.

OTV-nin verdiyi məlumata görə, 1998-ci ildə ekranlaşdırılan animasiyanın film versiyası məşhur Çin qəhrəmanı Hua Mulandan bəhs edir.

Son dövrlər Hollivud çəkilən bir sıra filmlərdə Asiyalı obrazların ağdərili aktyorlara verilməsinə görə çox böyük tənqidlərə məruz qalır. Belə ki, Yapon animasıyasının Hollivud versiyası olaraq bu il çəkilən “Qabıqdakı Ruh” filmində baş qəhraman yaponiyalı olduğu halda bu rol Hollivud ulduzu Skarlet Yohanson tərəfindən canlandırılmışdır. Bundan başqa çin əfsanəsi olan “Böyük Divar”ın baş rolu isə Mət Deymna həvalə edilmişdi.

Film üçün kastinqin elan edilməsindən qısa müddət sonra internetdə Mulan filminə asiyalı aktrisanın seçilməsi üçün kompaniyaya start verimişdi. Qısa müddət ərzində 100.000-dən artıq şəxs tərəindən imzalanan bu petisiyanın Liunun seçilməsində böyük rol oynadığı düşünülməkdədir.

Öz görünüşünə və əvvəlki fantastika janrında olan seriallarındakı rollarına görə“ağbəniz bacı“ ləqəbini almış Liu Çində çox məşhur aktrisa, model və müğənnidir.

Bir müddət Nyu Yorkda yaşaması səbəbindən İngiliscə səlis danışmağı bacaran və döyüş sənətləri ilə məşğul olan 30 yaşlı aktrisa 1000-ə yaxın namizəd arasından seçilib və mütəxəsislər tərəfindən rol üçün ideal hesab edilir.

Film öz xəstə atasının hərbi borcunu yerinə yetirmək üçün kişi kimi maskalaıb orduda xidmət edən əfsanəvi qanın döyüşçü Mulandan bəhs edir.

Disney öz bloqunda xəbəri elan etdikdən sonra, internet istifadəçiləri xəbəri böyük sevinclə qarşılayıblar. Onlar bu seçimi Disney filmlərindəki irqçilik üzərində qələbə hesab edirlər.

Mənbə:BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 33 | Kateqoriya: Gündəm / Şou-biznes Tarix: 1-12-2017, 11:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM