Çində tutulan fərari ailəsi Şimali Koreyaya geri göndərilib


Şimali Koreyalı fərarinin həyat yoldaşı onun Çin Prezidenti Xi Jinpingə ünvanladığı rəsmi xahişə baxmayaraq qapalı ölkəyə geri göndərilib.

OTV xəbər veri ki, Li Tae-Vonun sözlərinə görə, Şimali Koreyada olan gizli mənbə ona bildirib ki, Çində tutulduqdan sonra onun həyat yoldaşı istintaq məqsədi ilə sərhəd şəhəri olan Sinujidə saxlanılır.

2015-ci ildə Şimali Koreyadan qaçmağa nail olan Li daha sonra bu ilin oktyabrın 4-də həyat yoldaşı və 4 yaşlı oğlunu ölkədən qaçırmağa cəhd edərkən onlar digər 8 fərari ilə birgə Çinin şimal şərqində yaxalanıblar.

Çin belə şəxsləri qaçqın deyil, “qeyri-qanuni iqtisadi miqrat” adlandıdır ki, bu da tezliklə həmin şəxslərin Şimali Koreyaya geri göndərilməsi deməkdir.

Həyat yoldaşının yaxalandığını eşitdiyi anÇin prezidentinə Li tərəfindən müraciət ünvanlasa da, Şimali Koreyda olan bəzi mənbələr artıq qadının ölkəyə geri gətirldiyini təsdiq edir.

Təhlükəsizlik məqsədi ilə bu mənbələrin adı tam açıqlanmır. Linin oğlunun taleyi isə məlum deyil.

Seuldakı Çin səfirliyi qarşısında keçirilən nümayış zamanı Li baş verən hadisəyə görə özünü ömrünün sonuna qədər günahkar hesab edəcəyini bildirib.

Məsələyi münasibət bildirən Cənubi Koreya Xarici İşlər Nazirliyi Linin ailəsinin qapalı ölkəyə geri göndərilib göndərilməməsi ilə bağlı xəbəri təkzib və ya təsdiq etməsə də, bildirib ki, nazirlik hər zaman Şimali Koreyalı fərarililərin ölkəyə məcburi geri göndərilməməsi üçün bütün diplomatık cəhtləri öz öhdəsinə götürür.

Xatırladaq ki, Şimali Koreyalı fərarilər ölkədən qaçmağa cəhd edərkən tutulduqları zaman çox zaman ailələri ilə birgə ölkənin ən ağır həyat şəraitli əmək düşərgələrinə göndərilirlər.

Birləşmiş Millətlərin hesablamalarına görə hal hazırda Şimali Koreyada 120.000-dən artıq kişi, qadın və uşaq əmək düşərgələrində məhbus həyatı yaşayır.

Mənbə: CNN
Tərcümə: Firuzə Məmmədova OTV üçün

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 355 | Kateqoriya: Gündəm / Siyasət Tarix: 01.12.2017, 11:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM