Tarix müəlliminin kolleksiyası şagirdlərin işinə yarayır


Mingəçevirdə yaşayan Almaz Məmmədova tələbəlik illərindən bu günə qədər Avropa, Asiya, Amerika hətta Afrika ölkələrinin işlək olan kağız, dəmir pullarını əldə edə bilib. Şəhər sakini kolleksiyasını qohum-əqraba, dost-tanışı ən əsası isə şagirdlərinin hesabına zənginləşdirib. Xarici ölkələrə səfər edənlər həmin dövlətin işlək pulunu Almaz xanım üçün gətiriblər. Kolleksiyada ən çox üstünlük təşkil edən müxtəlif ölkələrin qəpiklərdir. Almaz Məmmədova onları mücrüdə saxladğını deyir. Həmin pullar arasında ən diqqət çəkəni isə Rusiya və Çin dövlətlərinə aiddir. Biri formasına, digəri isə miqdarına görə görənlərin marağına səbəb olur. Tarix müəlliminin illərdir topladığı pullardan şagirdləri daha çox faydalanır. Almaz Məmmədova məktəblilərə həmin dövlət haqqında məlumat verən zaman ölkənin pulunu əyani şəkildə göstərir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 388 | Kateqoriya: Elm / OTV Xəbər / Manşet Tarix: 31.01.2018, 05:35

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM