Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir


Müəllimlik müqəddəs bir sənətdir həyatda, müəllimin hər sözü həqiqətdir həyatda. Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb. Son illər müşahidələr göstərir ki, ölkədə müəllim sənətinə maraq əvvəlki qədər deyil. Artıq bir çox insan müəllimlik etmək istəmir. Bu sıraya əsasən də kişiləri daxil etmək olar. Elə təsəvvür yaranıb ki, bu peşə yalnız qadınlar üçündür. Təhsil müəssisələrində çalışan müəllimlər arasında gender balansı pozulub desək yanılmarıq. Demək olar kişi müəllimlər barmaqla sayılacaq qədər azalıb. Bu gün Universitet tələbələrinin çox az bir qismi bu müqəddəs peşəyə sahib olmaq istəyir Məktəblərdə kişi müəllimlərin az olmasına səbəb əmək haqqının aşağı olması göstərilir. Azərabycan dili müəllimi Rizvan Fikrətoğlu isə müəllimlik peşəsini layiqincə yerinə yetirdiyini və bu sahədə istər qadınların, istərsə də kişilərin çalışmasının vacib olduğunu deyir Bəzən elə tələbələrlə rastlaşırıq ki məhs müəllim olmaq arzusu ilə universitetə daxil olur . Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir .Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 180 | Kateqoriya: Elm / OTV Xəbər / Manşet Tarix: 26.01.2018, 21:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM