ADNSU-nun Ictimai Etimad Şurası imtahan prosesini müşahidə edib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurası Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində imtahanın gedişatının monitorinqini edib. Millət vəkili Aydın Mirzəzadənin sədri olduğu İctimai Etimad Şurası imtahanlar başlamadan əvvəl UFAZ-ın auditoriyalarına baş çəkərək imtahanlar üçün yaradılmış şəraitlə tanış olub, tələbələrin fikirlərini öyrəniblər. Azərbaycana gəlmiş Strasburq Universitetinin professoru Flipp Turek, İctimai Etimad Şurasının digər üzvləri toplantı salonunda toplaşaraq UFAZ-da imtahan prosesi ətrafında fikir mübadiləsi aparıblar. Flip Çurek həmçinin qeyd edir ki, Azərbaycan-Fransız Universiteti Strasburq Universitetinindəki qaydaları ilə eynidir. Dünyanın nüfuzlu ali məktəblərindən biri – Strasburq Universiteti ilə birgə gerçəkləşdirilən bu layihənin ADNSU-da təhsilin standartlarının yüksəldilməsinə müsbət təsir göstərəcəyini bildirib

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 296 | Kateqoriya: Elm / OTV Xəbər / Manşet Tarix: 24.01.2018, 02:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM