İnzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü)dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir » OTV - İnternet Televiziyası

İnzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü)dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir


DİM inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

OTV bildirir ki, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 9 fevral 2018-ci il tarixinədək davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il saat 18:00 dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Qeyd edək ki, ən çoxvakansiyaaşağıdakı dövlətorqanları tərəfindəntəqdimolunmuşdur:

- KəndTəsərrüfatı Nazirliyi (451 vakantvəzifə): BA3 altqrupu üzrə - 21, BA4 altqrupu üzrə - 4, BB1 altqrupu üzrə - 27, BB2 altqrupu üzrə - 5, BB3 altqrupu üzrə - 295, BB4 altqrupu üzrə - 99;

- ƏmləkMəsələləriDövlətKomitəsi (140 vakantvəzifə): BA3 altqrupu üzrə - 2, BA4 altqrupu üzrə -15, BB1 altqrupu üzrə - 11, BB2 altqrupu üzrə - 18, BB3 altqrupu üzrə - 21, BB4 altqrupu üzrə - 73;

- DövlətStatistikaKomitəsi (78 vakantvəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 9, BB2 altqrupu üzrə - 42, BB3 altqrupu üzrə - 8, BB4 altqrupu üzrə - 18;

- Ekologiyavə TəbiiSərvətlərNazirliyi (75 vakantvəzifə): BA4 altqrupu üzrə - 6, BB2 altqrupu üzrə - 4, BB4 altqrupu üzrə - 65;

- Mədəniyyətvə TurizmNazirliyi (54 vakantvəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 3, BB1 altqrupu üzrə - 3, BB2 altqrupu üzrə - 1, BB3 altqrupu üzrə - 17, BB4 altqrupu üzrə - 29;

- DiniQurumlarla İş üzrə DövlətKomitəsi (32 vakantvəzifə): BB3 altqrupu üzrə - 11, BB4 altqrupu üzrə - 21.


Müsahibəyə çıxarılmış vakant vəzifələrin tutulması üzrə iş stajına dair tələblər “Ümumi şərtlər”ə uyğun olaraq aşağıda göstərilən qaydada müəyyən edilmişdir:


İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

BA3 vəzifə altqrupu üzrə:

baş mühasib - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;

baş məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

böyük məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

BA4vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi -iş stajı tələb edilmir.


İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

BB1vəzifə altqrupu üzrə :

baş mühasib- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

böyük məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

BB2vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.


İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

BB3vəzifə altqrupu üzrə:

baş mühasib, baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

böyük məsləhətçi - tələb müəyyən edilmir;

BB4 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.





Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 204 | Kateqoriya: Elm Tarix: 11.01.2018, 16:37

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM