Qoyun Dollinin sağlamlığı haqqında şübhələr təsdiqini tapmadı


Tədqiqatlar sübut edib ki, klonlaşdırılmış qoyun olan Dollinin artitin ilkin mərhələsindən əziyyət çəkməsi fərziyəsi əsassızdır.

OTV-nin xəbərinə görə, tətqiqatlar nəticəsində məlum olub ki, Dollinin əziyyət çəkdiyi oynaq yırtığı hansı şəraitdə mayalanmasından asılı olmayaraq onun yaşlarında olan qoyun üçün təbii bir haldır. Yetkin hüceyrədən klonlaşdırılmış ilk məməli olan Dolli yaşadığı müddət ərzində hər zaman mətbuatın diqqət mərkəzində olub. Dolli 277 uğursuz cəhddən sonra nəhayət 1996-cı ildə klonlaşdırılmışdır. Klonlaşdırılmış heyvanların sağlamlıq problemlərini artırmaq riskləri ilə əlaqdar olaraq Dolli ciddi nəzarət altında saxlanılmışdır.

Nottigham Universitetinin tədqiqatçıları onun skletini yenidən tətqiq edib.Tədqiqatın səbəbi Dollinin sağlamlığının hansı vəziyyətdə olduğunu təyin etmək idi.Və tətqiqat nəticəsində məlum olmuşdur ki, yaşadığı müddət ərzində Dollinin sağlamlıq vəziyyəti təbii mayalanmış heyvanlarla demək olar ki eyni olub. Tədqiqatlar zamanı 5 yaşı olarkən Dollinin sağ dizindəyaranan osteartritin də tətqiqinə xüsusi diqqət ayrılıb.

Belə ki, Dollinin klonlaşdırıldığı hüceyrə xəttindən doğulan Debbi,Denisa ,Dianna və Daisidə aparılan yoxlamalar zamanı hər hansı ciddi osteartrit halı müəyyən edilməmişdir. Dollinin rentken nəticələrini təbbi mayalanmış qoyunun nəticələri ilə müqayisə edən tətqiqatçılar hər hansı ciddi fərqləri aşkar etməmişdirlər.

Sonda alimlər bu nəticəyə gəliblər ki, Dollidə aşkar edilən artritin ilkin mərhələsi təbbi prosesdir və klonlaşdırma ilə izah edilə bilməz.

Mənbə: BBC
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 101 | Kateqoriya: Elm Tarix: 19.12.2017, 03:08

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM