UNEC-də dünyaca məşhur Science Slam müsabiqəsi


UNEC-də dünyaca məşhur “Science Slam” elm müsabiqəsi keçirilib. UNEC-in bütün fakültələri arasında təşkil olunan müsabiqədə elmi araşdırmalarla maraqlanan, elmi sadə və fərqli üslubda təqdim etmək bacarığı olan tələbələr qatılıb.

Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Emin Qəriblinin OTV-yə verdiyi məlumata görə, o açıqladı ki, “tələbələrarası elmi fəaliyyəti motivasiya etmək üçün bir tədbirdir. İlk dəfə bu tədbir Almaniyada tətbiq edilib. Bunun səbəbi nə idi? Onlar gördülər ki, şou proqramların reytinqi yüksəkdir və elmi-tədbirləri də bu şoulara çıxardılar. Beləliklə, onlar bu yolla tələbələri motivasiya etdilər. Tələbələr Almaniyada dərsdən sonra pivəxanalarda, barlarda gedirdilər. Onlar istirahət edən vaxtlarında öz elmi fəaliyyətləri ilə bağlı çıxışlar edir, öz elmi faəliyyətlərini izah edirdilər.Çıxışlardan sonra alqışlarla ən yaxşı tədqiqatçı seçilirdi. Ən çox alqış qazanan şəxs, yəni qeyd edim ki, bu xüsusi aparatlarla müəyyən edilirdi. Bu aparatlar vasitəsilə ən çox alqışlanan şəxs müəyyən edilirdi. Bu ilk dəfə Dortmund şəhərində tətbiq olunub. Sonra “Oxford”, “Cambridge” kimi tanınmış universitetlərdə tətbiq edilib. Daha Rusiya və ordan da bizə gəlib çatmışdır. Ölkədə I Science Slam tətbiq edildi və qaliblər müəyyən olundu. Qeyd edim ki, universitet çərçivəsində qeyd edildi. Hazırda universitetdə ötən illə müqayisədə on dəfə artıq tələbə müraciəti olub. Hətta digər universitetlərdən də bizə müraciətlər olur. Ancaq bizim tədbir sırf “UNEC”ə aid olduğu üçün biz onları dəvət edə bilmirik. Bu tədbirə maraq çoxdur. Gələcəkdə istəyirik ki, Respublika tədbiri keçirək. Günbəgün maraq artır, elə fakültələr var ki, ordan ötən il 5-6 nəfər müraciət edirdi, amma bu il bu göstərici 45 nəfərdir”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 208 | Kateqoriya: Elm Tarix: 18.12.2017, 10:36

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM