Xarici diplomlar Azərbaycanda niyə tanınmır?


Azərbaycanda tələbələrin əksəriyyəti xaricdə təhsil almağa can atır. Ancaq geri qayıdanda diplomla bağlı problemlər meydana çıxır. Yüksək nəticələrlə oxumasına baxmayaraq, dövlət həmin tələbələrin diplomunu tanımır.

Bu problemlə bağlı təhsil üzrə ekspert Kamran Əsədov OTV-yə bildirib ki, “xarici diplomların Azərbaycanda tanınması ilə bağlı ciddi problemlər var. Bilirsiz ki, 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti Təhsil Nazirliyinin sturkturunda dəyişiklik etdi və diplomların tanınması ilə bağlı Nostrifikasiya idarəsi yaratdı. Dövlət xətti ilə xaricdə təhsil almağa getmək üçün bilirsiz ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2007-2015-ci ildə xaricdə təhsil üzrə Dövlət Proqramı” var idi və qarşıya məqsəd qoyulmuşdu ki, 5000 nəfər şəxs Azərbaycan universitetlərinə qəbul olmuş şəxslər və qəbul imtahanlarından yüksək nəticə edənlər dövlət proqramına qoşulub, müsabiqə və müsahibədən keçdikdən sonra göndərilməli idi. Amma 2015-ci ildə ümumilikdə 3500 nəfər göndərildi və onlara 2016-cı ilə qədər vəsait ayrılmışdı. Digər tərəfdən öz hesabına gedənlər misal üçün yetərli bal toplamıyıb gedirlər Ukraynanın, Dərbəndin, Dağıstanın universitetlərində oxuyurlar. Bundan əlavə Türkiyədə də oxuyanlar var. Dövlət Proqramı ilə getmiş şəxslər müəyyən komisiyalar, müsahibə və müsabiqədən keçirlər, yüksək bal tolayırlar və ondan sonra “İelts”, “SAT” və digər beynəlxalq imtahanların iştirakçısı olmalı və nəticə əldə etməlidirlər. Amma şəxsi vəsaiti hesabına xaricə getmiş şəxsi dövlət tanımır. Bu gün diplomların tanınması ilə bağlı çox ciddi problemlər var. Qanunvericilikdə nəzərdə tutulmayan hallar soruşulur ki, bu da düzgün yanaşma tərzi deyil. Beynəlxalq reytinqli tanınmış universitetlərdə oxuyan şəxslərin diplomları qeyri-şərtsiz, avtomatik tanınmalıdır. İstər dövlət büdcəsi ilə, istər öz hesabına oxuyan şəxslərin heç bir şərtsiz diplomları tanınmalıdır. Öz büdcəsinə gedənlərin diplomlarının tanınmamasının səbəbi dövlət hesabına gedənlər kimi əvvəlcədən yoxlanılmamasıdır. Qayıdıb gələndən sonra yoxlanılma ilə bağlı ciddi problemlər ortaya çıxır. Buna misal olaraq 2016-cı ildə təxminən 2756 diplom tanınmamışdı. Bu çox ciddi bir rəqəmdir. Bu insanlar 4 il oxuyublar, vəsait itiriblər, vaxt itiriblər. Düşünürəm ki, müəyyən qaydalar dəyişdirilsə, onların hüquqlarının tam şəkildə qorunması möhkəmləndirilə bilər”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 213 | Kateqoriya: Elm Tarix: 16.12.2017, 19:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM