Kurikulum şagirdlərin savadsızlaşmasına səbəb olur


2009-cu ildən Azərbaycanda təhsil sisteminə tətbiq edilən kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.

Bəs bu sistem təhsilə nə verdi?

OTV olaraq məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovdan aldığımız məlumata görə, o bildirdi ki, “Azərbaycan mütəqillik əldə etdikdən sonra hələ də Sovetlər dönəmindən qalmış tədris resurslarından və təlim materiallarından istifadə edirdi. Azərbaycan bu səbəbdən köhnə standartlardan çıxmaq üçün orta məktəblərə kurikulum sistemini, universitetlərə isə baloniya sistemi tətbiq etdi. Orta məktəblərimiz artıq kurikulum standartları ilə tədris prosesini qurmağa başladı. Geridə qoyduğumuz 10 ilə yaxın müddətdə Azərbaycanda kurikulum tətbiq edildi, amma bizim müəllimləriz bu sistemi mənimsəyə bilmədi. Bu sistem sadəcə sənədlər və kağız üzərində həyata keçirildi. Bunun bariz nümunəsi kimi 2017-ci ilin aprel ayında keçirilən 9-cu siniflər üçün buraxılış imtahanını göstərmək olar. İmtahanın nəticəsi çox bərbad oldu, 70% şagird aşağı qiymət aldı. Orta məktəbdə tətbiq olunan kurikulum, kurikulum deyil. Ənənəvi formatda davam edir. Kurikulum təlimlərində işkirak edən müəllimlərimiz qiymətləndirmə testlərini hələ də ənənəvi formatda aparırlar. Dövlət imtahan mərkəzi tərəfindən bu testlərin nəticələri yoxlandığı zaman ortaya xoşagəlməz hallar çıxdı. Hesab edirəm ki, ölkədə tətbiq edilən kurikulum irəliyə yox, geriyə doğru gedir. Günbəgün şagirdlərin savadsızlaşmasına səbəb olur. Bunun nəticəsini biz qəbul imtahanlarında görəcəyik”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 54 | Kateqoriya: Elm Tarix: 18.12.2017, 13:27

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM