Müəllimlərə şad xəbər


Dövlət İmtahan Mərkəzi ingilis dili fənni üzrə müəllimləri, mütəxəssisləri, magistrları yazı işlərinin yoxlanılması prosesində marker qismində iştirak etmək üçün dəvət edir.

OTV xəbər verir ki, marker olmaq üçün ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri, xarici dil müəllimliyi (ingilis dili), dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzə), filologiya (ingilis dili və ədəbiyyat), tərcümə (Azərbaycan dili-ingilis dili) ixtisaslarından biri üzrə ən azı bakalavr təhsilinə malik olanlar dekabrın 30-na qədər müraciət edə bilərlər.

Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 nəfərin marker kimi seçilərək hazırlandığını açıqlayıb. O bildirib ki, ötən il həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı verilib. Müəllimlər əməkhaqlarını yoxladıqları yazı işlərinə görə alıblar.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 151 | Kateqoriya: Elm Tarix: 13.12.2017, 20:41

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM