Şagirdlər fənn müsabiqələrinin final mərhələsində » OTV - İnternet Televiziyası

Şagirdlər fənn müsabiqələrinin final mərhələsində


OTV xəbər verir ki, Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində Bakı şəhəri üzrə 815 şagird iştirak edib. Onlardan 196 nəfəri riyaziyyat, 140 nəfəri kimya, 175 nəfəri fizika, 159 nəfəri biologiya, 145 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini sınayıblar.

Qeyd edək ki, fənn müsabiqələrinin finalı fizika, riyaziyyat, və informatika fənləri üzrə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində, kimya və biologiya fənləri üzrə isə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təşkil edilib.

Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini tələb edən suallar tərtib edilib və 40 sualın cavablandırılması üçün şagirdlərə 2 saat yarım vaxt verilib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 204 | Kateqoriya: Elm Tarix: 11.12.2017, 19:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM