Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq?

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 16:16    
Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq? OTV Trend.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib: "Narahatlıq ondan ibarətdir ki, bu prosesə hansısa müdaxilə mümkündür, ya yox. Tam məsuliyyətlə deyə bilərəm ki, biz bununla bağlı 2012-ci ildən iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var, bu proqram təminatı neçə illərdir keçirdiyimiz monitorinqlərdə tətbiq edilib. Bu il həmin proqram təminatı vasitəsilə buraxılış imtahanlarında olan 200 min işi yoxlamışıq və yoxlama zamanı da heç bir faktor bu prosesə təsir göstərməyib. Valideynləri tam əmin edirəm ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərməyəcək".

DİM rəhbəri abituriyentlərə müraciət edib: "Abituriyentlərə demək istəyirəm ki, bu dəyişikliklərlə bağlı narahat olmasınlar. Proses tam şəffaf şəkildə keçiriləcək. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək. Hər bir abituriyent öz işi ilə tanış ola biləcək. Dəyişikliklər barədə yaxın 10 gün ərzində geniş açıqlama veriləcək".

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz