“SABAH” qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunub


Təhsil Nazirliyinin “SABAH” qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

OTV xəbər verir ki, İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, hərtərəfli dünyagörüşünə malik ali təhsilli namizədlər müsabiqədə iştirak edə bilər.

Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.


Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.




Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 484 | Kateqoriya: Elm Tarix: 08.12.2017, 17:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM