Dünyanın “ən humanist” həbsxanası açıldı


Danimarkada dünyanın ən humanist xəstəxanası tikilib.

OTV bildirir ki, bu həbsxananı ilk baxışda lüks yaşayış evləri və universitet kampusu ilə səhv salmaq olur. Həbsxana soyuducu, böyük pəncərə, rahat çarpayı, yazı stolu və şəxsi hamamla təchiz edilib. Bundan əlavə həmçinin geniş zallar, məhkumların özlərinə yemək bişirə biləcəkləri mətbəx, kilsə, idman zalı, bağ, hətta əkin sahəsi də var.

Qeyd edək ki, 250 nəfərin rahat yerləşə biləcəyi dünyanın “ən humanist” həbsxanasına 160 milyon dollar xərclənib.












Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 19 | Kateqoriya: Dünya Tarix: 25.12.2017, 10:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM