Hindistanlı qadın münaqişə zamanı öldürülüb


Polisin verdiyi məlumata əsasən, cənubi Hindistan şəhəri olan Heydərabadda mübahisə zamanı qadının üzərinə bir banka kerosin və yanacaq tökərək onu diri-diri yandırıb.

OTV xəbər verir ki, BBC- yə verilən məlumata əsasən, 25 yaşlı Sandya Raniyaya axşam saat 6-da evə gedərkən hücum edilib. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılan Rani yolda vəfat edib. Nəzərinizə çatdıraq ki, 28 yaşlı qatil Karthik Vanga mərhumun əvvəlki iş yoldaşı olub və bir neçə il öncə hər ikisi eyni şirkətdə fəaliyyət göstəriblər və əsas səbəbin 2 il öncə Raninin evlilik təklifini rədd etməsi olduğu güman edilir.


Mənbə:BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 21 | Kateqoriya: Dünya Tarix: 22.12.2017, 15:41

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM