Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 10:22    
Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb OTV Trend.az-a istinadən xəbər verir ki, R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman bir kişi "Sən terrorçusan. Mənim ölkəmdən rədd ol" deyə qışqırıb. Bundan sonra zalda dava düşüb.

Nyu York polisi 5 nəfərin saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğu yazır.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz