Səudiyyə Ərəbistandan uğurlu bir addım daha


Səudiyyə Ərəbistanda kinoteatr qadağası 2018-ci ildə aradan götürüləcək.

OTV xəbər verir ki, Səudiyyə Ərəbistanda son bir neçə ay ərzində “biz islamı qəbul edirik” şüarı ilə müasirləşmə mərhələsinə keçdiklərini qeyd edərək, qadınların sürücü olmasını qəbul edən bir qanun tətbiq etdi. Ölkədə illər sonra ilk kinoteatrın 2018-ci ilin mart ayından açılacağı bildirilir. Nazirlik açıqlamasında bildirib ki, Səudiyyə hökuməti ən qısa müddətdə kinoteatrlara lisenziya verməyə başlayacaq.

Qeyd edək ki, ölkədə insanlar filmləri peyk, DVD və sosial şəbəkə platformlarında izləyə bilirdi.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 24 | Kateqoriya: Dünya Tarix: 11.12.2017, 13:38

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM