Trampa bir zərbə də Twitter-dən gəldi

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 15:51    
Trampa bir zərbə də Twitter-dən gəldi OTV Xezerxeber.az-a istinadən xəbər verir ki, Facebook-dan sonra Twitter də ABŞ Senatına Rusiyanın sosial mediadakı fəaliyyəti ilə bağlı hesabat təqdim edəcək.
Beləliklə də seçki ərəfəsi, eləcə də seçki dönəmində Rusiyaya bağlı qrupların və ya ayrı-ayrı şəxslərin bu sosial şəbəkədəki fəaliyyəti araşdırılacaq.
Bunu araşdıracaq Senat Komissiyasının demokratlardan olan üzvü Mark Varner bu barədə məlumat verib.
Xatırladaq ki, Facebook ötən il keçirilən seçkilər zamanı və daha öncələr Rusiya mərkəzli hesablardan reklam aldığını açıqlamışdı. Ümumilkdə 470 belə hesabdan 2015-2017-ci illdərdə reklam alınıb.
Həmin hesabların 3 min reklamla bağlılığı müəyyən edilib və onlar üçün 100 min xərcləndiyi bildirilib.
Rusiya və prezident Tramp seçkilərə müdaxiləni inkar etsələr də dövlət qurumları və Senat araşdırmaları davam etdirir.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz