Kaliforniyada baş verən yanğının nəticələri


Yüzlərlə insan baş verən təbii yanğın nəticəsində şimali Los- Anceles ərazisinə köçürülüb. OTV xəbər verir ki, alov Kaliforniyanın Ventura dairəsində axşam saatlarında başlamış və bir neçə saat ərzində geniş əraziyə yayılmışdır. Hakimiyyət nümayəndələrinin verdiyi məlumata əsasən, Santa Paula və Ventura şəhərlərində vəziyyət təhlükəlidir. Bir nəfər isə yanğından qurtulmağa çalışarkən yol qəzasıda həlak olmuşdur. Məruzələrdə 2 yaşayış binasının partlaması və yüzlərlə evin yararsız vəziyyətdə olması bildirilir. Yanğın Santa Paulada yerləşən Tomas Aquinas kollecinə yaxın ərazidə baş vermişdir və məktəbin 350 tələbəsi hadisə yerindən təxliyə edilmişdir. Təxliyə mərkəzləri bir neçə başqa məktəblərədə və müəssisələrdə açılmışdır. Yüzlərlə yanğın söndürücülər alovun Santa Paula və Ventura şəhərlərinə keçməsinin qarşısını almaq üçün bütün gecə boyu çalışmışdır. Nəzərinizə çatdıraq ki, oktyabr ayında Kaliforniyanın şərab zavodunda baş verən yanğın nəticəsində 13 nəfər həlak olmuş və 2000-ə yaxın bina dağıdılmışdı.

Mənbə: BBCnews
Tərcümə etdi: Sevinc Nəhmədova
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 29 | Kateqoriya: Dünya Tarix: 7-12-2017, 12:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM