ABŞ: Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir, Trampın səlahiyyəti məhdudlaşdırılır

Xəbərin çap versiyası
Tarix: 26-07-2017, 11:53    
ABŞ: Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir, Trampın səlahiyyəti məhdudlaşdırılır ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və Prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.

OTV Azərtac-a istinadən xəbər verir ki, qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub. Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün Prezidentə göndəriləcək.

Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildirblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.

Telekanal qeyd edir ki, Moskva ilə sövdələşməyə dair yeni ittihamlar Trampın yaxın ətrafı tərəfindən onun Hamburqda Putin ilə görüşündən dərhal sonra irəli sürülüb. RF Dövlət Dumasında bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz