Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 10:02    
Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ OTV Xezerxeber.az-a istinadən xəbər verir ki, Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır. Son illər qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, bu, buzlaşma dövrü ilə əlaqədardır.
Elə insanlar da əvvəlki illərdə bu ayda yağıntıların bol olduğunu deyir.
Telman Zeynalov onu da əlavə etdi ki, təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə ölkənin şimal hissəsi buz bağlayacaq. Buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq.
Havaların tədricən soyuduğunu deyən T.Zeynalov bildirib ki, bu il qış ötən ilkindən sərt olacaq, daha artıq qar yağacaq.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz