Xəbər lenti

İdman 22:55 22.08.2024

"Zirə" ilk oyunda təslim oldu

"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da "Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun

22 avqustOmoniya (Cənubi Kipr) - Zirə (Azərbaycan) 5:0
Qollar: Amin Xammas, 13. Villi Semedo, 38-pen; 70. Noviks Erakoviç, 45+1; 54. Evandro, 60. 
Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panaqitu, 24. Amin Xammas, 80. Noviks Erakoviç, 20. Mateo Mariç, 11. Evandro, 21. Veliko Simiç, 14. Mariuş Stepinski, 7. Villi Semedo.
Ehtiyat oyunçular: 23. Uzoho (k), 98. Kiriakidis (k), 4. Helander, 9. Kakulli, 10. Atzili, 17.Masuras, 22. Lanq, 31. Kusulos, 33. Musialovski, 76. Çaralampus, 85. Neofitu, 99. Saidu.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 7. Məqsəd İsayev, 21.Hacıağa Hacıyev, , 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 90. Davit Volkov.
Ehtiyat Oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99.Səlim Həşimov, 5. Stefan Aka,  8. İsmayıl İbrahimli,  14. Elçin Əlicanov,  16. Fuad Bayramov, 19.Salifu Suma, 18. Junior Martins, 29.Ceyhun Nuriyev, 28. Abbas İbrahim, 10. Giorgi Papunaşvili.
Baş hakim: Yuri Frişer (Estoniya).
Nikosiya. GPS stadium.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->