Xəbər lenti

Zəfərimizin 5 ili: Qazanılmış tarixi qələbənin regional və qlobal əhəmiyyəti
Siyasət 17:17 07.11.2025

Zəfərimizin 5 ili: Qazanılmış tarixi qələbənin regional və qlobal əhəmiyyəti

(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb.)

Qarşıdan Azərbaycan dövləti və xalqının mühüm qələbəsi kimi tarixə düşən Zəfər Günü gəlir. 5 il bundan öncə Azərbaycan Ordusu Ermənistanın çoxsaylı təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğaldakı torpaqlarımızı azad etmək üçün 2020-ci il sentyabrın 27-dən antiterror əməliyyatlarına başladı. 

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edir. Noyabrın 8-də isə Şuşa şəhəri də azad edildi. Hansı ki, Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Tezliklə Ermənistan məğlubiyyətini etiraf edərək, Ağdam, Kəlbəcər, Laçını da tərk edir. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 

2023-cü ilin sentyabrında bir günlük əməliyyat nəticəsində Qarabağın yerdə qalan əraziləri də düşmən tapdağından tam azad edilir. Nəticədə Azərbaycan öz suverenliyini bərpa edir. 

Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm qələbə dünya, regional və ölkə miqyasında böyük əhəmiyyətə malik bir qələbədir. 

Artıq Zəfər Günündən 5 il ötür. Həmin ötən müddət qələbənin dünya, regional və ölkə daxili miqyasda nə dərəcədə böyük təsir və gücə malik olduğunu göstərdi. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasnda hərbçi ekspert İbrahim Rüstəmli bildirib ki, Azərbaycan dövləti və xalqının qazandığı möhtəşəm qələbə, Zəfər Gününün beynəlxalq, regional və yerli əhəmiyyəti olduqca böyükdür: 



"Azərbaycan bu qələbə ilə təkcə regional deyil, beynəlxalq səviyyədə də sülhü dəstəkləyən ölkə ölduğunu, haqqın, ədalətin bərpasının mümkünlüyünü ortaya qoydu. Bununla ölkəmiz dünyaya hələ ədalətin ölmədiyi mesajını verdi".

Ekspert qeyd edir ki, 44 günlük müharibənin nəticəsində Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq, düzən yaratdı:

"Nəticədə Cənubi Qafqazda əmin-amanlıq yaratdıq. İndi Ermənistanla Azərbaycan arasında əlaqələr də inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bu sahəyə hər zaman töhfə verib və verəcək. Hansı ki, onun da əsasında sülh, inkişaf, birlik dayanır”.  

Həmsöhbətimiz deyir ki, bu qələbəyə qədər Azərbaycan son 200 ildə belə bir əhəmiyyətli qələbə qazanmamış, ərazi bütövlüyünü bərpa edə bilməmişdi:

"Qələbə nəticəsində xalqımızın milli kimliyi özünə qayıtdı. Həmin hadisə hazırda əmin-amanlığın bərpa və qorunmasında da əsas aktorlardan biridir. Bir sözlə, bu qələbə bütün dünyaya bir nümunədir ki, başqasının haqqına toxunmaq olmaz”.

Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->