Vətən müharibəsində qazandığı qələbə ilə qüdrətini dünyaya bir daha göstərən Azərbaycan Ordusunda 2021-ci ildə yeni hərbi birləşmə yaradıldı.
"Mavi beretlilər"in ilk toplanış məntəqəsi Hadrut qəsəbəsi oldu.
2021-ci ildə Prezident İlham Əliyevin də iştirakı ilə yeni hərbi hissənin açılışı oldu.
Bu hərbi hissədə əsgərlər üçün hər cür şərait yaradıldı: onlar üçün yeni idman zalı, təlim məntəqəsi istifadəyə verildi. Eyni zamanda, bu birləşmədə xidmət edən hərbçilərimiz yeni silah və texnikalarla təmin olundular.
Baku TV üç ildir yaranmasına baxmayaraq, peşəkarlığından bütün dünyanın danışdığı "Yarasa" hərbi birləşməsinin qərarlaşdığı hissədən reportaj hazırlayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər