Xəbər lenti

Yandex Go və Uber taksi xidmətlərinin işində qlobal qırılma baş verdi
Dünya 14:33 15.12.2022

Yandex Go və Uber taksi xidmətlərinin işində qlobal qırılma baş verdi

"Yandex Go” və Uber-in taksi çağırışı üçün proqramlarının işində qırılmalar olub. Saytların və proqramların işində problemlərin monitorinqini aparan Downradar xidmətinin məlumatına görə, həm Rusiya, həm də xarici şəhərlərdə istifadəçilər çətinliklə üzləşirlər.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Problemlərlə bağlı şikayətlər Bakı vaxtı ilə saat 12:00 radələrində gəlməyə başlayıb. İstifadəçilərin sözlərinə görə, Yandex Go tətbiqi vasitəsilə taksi çağırmaq istəyərkən, bir dəqiqədən sonra avtomobilə yenidən zəng edə biləcəyiniz barədə səhv mesajı və ya bildiriş çıxır.

Xidmətin mətbuat xidməti "bəzi istifadəçilərin taksi sifarişi ilə bağlı problem yaşaya biləcəyini” bildirsə də, hazırda xidmət əvvəlki qaydada yenidən işləyir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->