Xəbər lenti

Vulin: Serbiyada etirazlar Trampa qarşı sui-qəsdçilər tərəfindən təşkil edilib
Dünya 14:25 23.03.2025

Vulin: Serbiyada etirazlar Trampa qarşı sui-qəsdçilər tərəfindən təşkil edilib

Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin ABŞ-da Ağ Ev rəhbəri Donald Trampa qarşı sui-qəsdçiləri və bir sıra Avropa kəşfiyyat orqanlarını ölkədə mitinqlər təşkil etməkdə ittiham edib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu aksiyaların məqsədi Serbiya dövlətçiliyinin məhv edilməsi və qərbyönlü siyasətçilərin hakimiyyətə gəlməsidir.

"Serbiyadakı rəngli inqilabı ABŞ-ın "dərin dövləti" - prezident Trampın sülh təşəbbüslərini pozmağa çalışan eyni dövlət, eləcə də bir sıra Avropa kəşfiyyat xidmətləri təşkil edib", deyə Vulin TASS-a bildirib.

O qeyd edib ki, eyni qüvvələr Bosniya və Herseqovinadakı iki qurumdan biri - Serb Respublikası və onun prezidenti Milorad Dodikə hücumlara görə məsuliyyət daşıyırlar: "Eyni vaxtda həyata keçirilən hücumların bir məqsədi var - Serbiyanın məhv edilməsi və ölkəyə Qərbin bütün tələblərini, o cümlədən Rusiyaya qarşı sanksiyaların tətbiqini yerinə yetirəcək siyasətçilərin hakimiyyətə gəlməsi".

Serbiyada kütləvi etirazlar 2024-cü ilin noyabrında Novi Sadda qatar stansiyasında beton örtüyün uçması nəticəsində 15 nəfərin ölümündən sonra başlayıb. Fəallar faciəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb ediblər. Martın 15-də Belqradda ölkədə son on ildə ən böyük etiraz aksiyası keçirilib. Tədbirdə 100 mindən 300 minə qədər insan iştirak edib. Hakimiyyət bundan əvvəl nümayişi yaxınlaşan rəngli inqilab adlandırmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->